Sumqayıtda Şahbuz və Şərur rayonlarından olan “əlillərin” ev növbəsi

Vasif Talıbovdan «küsənlər» Sumqayıtda məskunlaşır

“Koxanı gör kəndi çap” deyimi prioritet olan ölkəmizdə dünyada analoqu olmayan möcüzələr baş verməkdədir. Qanunla həlli qeyri-mümkün olan problemin həlli “koxanı” görməklə həll etmək mümkündür.

Belə “koxalar” PA-da, nazirliklərdə, DIN-də, prokurorluqda, məhkəmələrdə, IH-da hətta MIS rəisləri də ola bilir.

Sumqayıt IH-də olan istinadımız bildirir ki, Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulmuş ev növbəsinə əlavələr edilir.


Naxçıvanda V.Talıbovun ev növbəsinə düşə bilməyənlər Sumqayıta üz tutur. Şahbuz və Şərur rayonlarından olan şəxslər “JEK Məzahir” (naxçıvanlı) adlı MIS rəisi tərəfindən Sumqayıt sakini kimi qeydiyyat arayışı ilə təmin edilir. Əvvəlcədən razılaşmaya görə, sənəd və arayışlar Mənzillərin Uçotu və Bölüşdürlməsi Şöbəsinin müdiri əslən Naxçıvandan olan Sədaqət Əsədovaya təqdim edilir.

Bütün sənədlər toplandıqdan sonra analşama qarşlığında “əlil şəxslər” ev növbəsinə götürülür. Hətta köhnə siyahı dəyişdirilərək növbənin əvvəlinə qeydiyyata alınır.

“Əməliyyata” Sumqayıt IH başçısının müavini Rövşən Sadıqov rəhbərlik edir. Onun bir neçə il əvvəl Ismayılla rayonuna rəhbərliyi dönəmində xidməti maşınını qəzəbləndirdiyi xalq tərəfindən yandırıldığı bildirilir. Belə ki, Ismayıllıda yanğın “ənənəsi” Nizami Ələkbərovdan əvvəl Rövşən Sadıqov tərəfindən qoyulub.  

Bu ev növbəsinə götürmə “əməliyyatından” xəbər tutan, növbədə olan Qarabağ və şəhid ailələrinin hiddətinə səbəb olub. Qarabağ əlillərinin Sumqayıt IH-nın qarşısında etiraz aksiyayası keçirəcəyi bildirilir.azadliq.info /