Suriyalı Yepiskop Qərbin siyasətini tənqid etdi

Antakya və Şərq Xristianları Ortodoks Yepiskopu X John Suriyada baş verən müharibəyə dair əhəmiyyətli açıqlamalr verib.
 
Maide.az xəbər verir ki, Suriyadakı Ortodoks camaatının ən tanınımış nümayəndəsi, "Qərb dünyası xristianlara yaxşılıq etmək istəyirsə, terror şəbəkələrinə silah və pul axışını kəssin", - deyib. 
 
John, Orta Şərqin qaranlıq dövrdən keçdiyini söyləyərək, dünyanın sülh üçün çalışması yönündə ümidli olduğunu da bildirib.
 
Yepiskop John Şərq xristianlarının heç bir yerə getməyəcəyini, xristianlara ediləcək ən böyük yaxşılığın isə bölgədəki bir qrup terrorçunu dəstəkləməkdənsə, siyasi çıxış yolu üçün səy göstərmək olacağını vurğulayıb.
 
John, "Biz xristianlara kömək etmək, biz xristianları qorumaq istəyirsinizsə, Suriya və Orta Şərqə sülh gətirəcək həll yolu tapmalısınız. Əgər qonşum yaxşı vəziyyətdə deyilsə, yalnız məni qoruya bilməzsiniz", - deyib.