Təcavüzçü Səud rejimi Yəməndə məğlubiyyətini etiraf etdi

Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin sözçüsü Əhməd əl-Əsiri Yəmənə edilən təcavüz hücumlarının uğursuz olduğunu söyləyib.
Maide.az xəbər verir ki, Yəmədə diktatura rejiminə qarşı mübarizə aparan şiə Husilərin əlində böyük miqdarda silah olduğunu deyən Əl-Əsiri 70 gündür davam edən hücumların uğrusuz olduğunu etiraf edib.
Əl-Əsirinin bu açıqlaması daha öncə Ənsərullah qüvvələrinin əlindəki silahların tamamilə məhv edildiyini iddia edən Səduiyyə Ərəbistanı və koalisiya qüvvələrinin yalanını ortaya çıxarıb.
Məlumat üçün bildirək ki, hazırda Husilərin əlində 300-dən çox Skud raketi var. Son günlərdə Husilər Yəmənə edilən təcavüzlərə cavab olaraq Səudiyyə Ərəbistanın cənubuna bir neçə Skud raketi ataraq onlara qorxuducu cavab verib.
Ənsarullah harakatı son günlərdə  Ərabistan rejiminin Yəmən şəhərlərinə olan hava hücumlarına cavab olaraq Səudiyyə rejiminin hərbi bazalarını Skud raketləri ilə hədəfə almışdı. /