Tale Bağırov da Qobustana göndərildi

Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Hacı Tale Bağırovun Qaradağ rayon Məhkəməsinin qərarı ilə 8 ay müddətinə Qobustan qapalı həbsxanasına köçürüləcəyi barədə xəbər vermişdik. Taleh Bağırov artıq 12 saylı Cəza Çəkmə Müəssisəsindən Qobustan qapalı tipli həbsxanasına köçürülüb.

Bu barədə AzadXeber.az-a Taleh Bağırovun yaxınları məlumat verib.   
 
Vicdan məhbusu Tale Bağırov buna qədər 12 saylı Cəzçəkmə Müəssisəsində karserə salınmışdı. Həbsxananın vahid forma geyiminə riayət etməməsi bəhanəsi ilə Tale Bağırov 1 ay karserdə saxlanılmışdı.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə Apellyasiya Məhkəməsi digər vicdan məhbusu olan AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilib və hazırda vəziyyət yaxşı deyil. Taleh Bağırov Mövsüm Səmədovdan sonra üçüncü ruhanidir ki, barəsində Qobustana göndərilmə barədə qərar verilib. /