Taleyin ümidinə buraxılan 1.7 milyon Suriya qaçqını

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə böhranı səbəbindən 1.7 milyonluq suriyalı qaçqına ərzaq yardımını müvəqqəti dayandırıb.
 
Maide.az xəbər verir ki, ÜƏP-in icraçı direktoru Ertharin Cousin agentliyin təkcə dekabrda suriyalı qaçqınları saxlamağa 64 milyon dollara ehtiyacı olduğunu deyib.  
 
BMT-nin Romada mənzillənən bu agentliyi dekabrın 1-də bildirib ki, proqramla İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki qaçqınlara mağazalardan ərzaq almaq üçün vauçer verilirdi. Agentliyin məlumatına görə, regionda sərt qışa dözmək üçün çarpışan adamlara bu yardımı kəsməyin nəticəsi «dağıdıcı» ola bilər. Agentlik bir çox suriyalı ailənin «ac qalacağını» bildirib.
 
3 il öncə prezident Bashar al-Assad-a qarşı üsyan başlanandan, Suriyadan 3.2 milyon nəfər qaçıb, 7.6 milyon isə ölkə daxilində köçkünə çevrilib.