Terrorçuların öldürdükləri polis də müsəlman çıxdı

Dünən Parisdə “Charlie Hebdo” jurnalının ofisinə edilən silahlı basqın zamanı öldürülən polislərdən birinin kimliyi məlum olub.

Maide.az-ın məlumatına görə, Terrorçuların küçədə atışma zamanı öldürdükləri polis 42 yaşlı Əhməd Merabet adlı müsəlman olub.

Şəkillərdə görsəndiyi kimi , bu müsəlman polis əvvəlcə ayağından yaralanıb və daha sonra terrorçu onun yaxınına gedərək başını hədəf alıb.

Qeyd edək ki, ötən gün Parisdə "Charlie Hebdo” jurnalının ofisinə hücum zamanı 12 nəfər ölüb, 11 nəfər yaralanıb.  /