İraqda 28 gündür əsir saxlanılan türk işçilər sərbəst buraxılıb.
Maide.az xəbər verir ki, 28 gün əvvəl İraqın paytaxtı Bağdadda terrorçular tərəfindən əsir götürülən 18 türk işçidən 16-sı da bu gün sərbəst buraxılıb.
Digər 2 nəfər isə daha öncə sərbəst qalmışdılar.
“Nurol Holdinq”ə aid olan bir stadionun tikintisində çalışan həmin işçilər sentyabrın 2-də əsir götürülmüşdülər. Sərbəst qalan işçilərin İraq rəsmiləri tərəfindən ifadəsi alındıqdan sonra Türkiyəyə göndəriləcəkləri bildirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu sərbəst buraxılan işçilərlə telefonla danışıb. O deyib ki, hazırda işçilərin vəziyyəti yaxşıdır. /