Tovuzda sürücü həlak oldu

Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən ağır yol nəqliyyat qəzası baş verib.
 
Qəza Tovuzun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
 
“Kamaz” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü həlak olub.
 
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.