Tovuz sakini ermənistanla sərhəddə minaya düşdü

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.

Trend-in Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.

Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. /