Türkiyə kürdləri İŞİD-ə görə etiraz aksiyası keçirdilər

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə davam edir. Ötən gün Türkiyə sərhədçiləri terroçularla Peşmərgə - kürd qüvvələri arasında qızğın döyüşlər getdiyini müşahidə ediblər.
 
Sərhəd bölgələrdə yaşanan gərginlik fonunda ara-sıra Türkiyə əraziləri də hücumlara məruz qalır. Rəsmi Ankara hələlik bu vəziyyət qarşısında tolerantlıq göstərir.
 
Türkiyənin kürd vətəndaşları isə, qonşu ölkədəki soydaşlarının terrora məruz qalmasına qarşı çıxır. Ötən gün Mardin, Şanlıurfa və Diyabəkir vilayətlərində növbəti belə aksiyalar olub. Həmçinin, İstanbul şəhəri də aksiyalara qoşulub. Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi sonda qarşıdurmalarla nəticələnib. Fəallar polisə daş və yanıcı maddələr atıblar. Polis su şırnaqları və gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.