Türkiyə yenidən qarışdı (VİDEO)

Kürdlərin sıx yaşadığı şəhərlərdə mitinqlərə start verildi

Türkiyədə kürdlərin sıx yaşadığı cənub-şərq şəhərlərində 1 noyabr Kobani günü ilə əlaqədar olaraq mitinqlərə start verildi.

ANS TV-nin məlumatına görə, Hakkaridə minlərlə insanın qatıldığı yürüş zorakılıqlarla yadda qalıb. “Kobani yalnız deyil” kimi şüarlar səsləndirən yürüş iştirakçıları daha sonra Molotov kokteylləri atıblar. Polisin müdaxiləsinə cavab olaraq isə qruplar təhlükəsizlik qüvvələrinə daş və digər əşyalar atıb. Belə olan halda polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Kobani yürüşünə Diyabəkrdəki kürdlər də qoşulub. Qarşıdurmaların qarşısının alınması üçün isə küçələrə hərbi texnikalar yerləşdirilib. 

Türkiyə hökumət nümayəndələri bölgədə xalqı təxribatlara uymamağa və sabitliyi pozmamağa çağırıb. Eyni zamanda Türkiyə ordusu da şəhər küçələrində nəzarəti gücləndirib. 

Bir müddət əvvəl isə Kobanidə davam edən münaqişə zamanı yaranan kütləvi etiraz aksiyaları ilə əlaqədar "komendant saatı" elan edilmişdi.  /