Türkiyə məhkəməsi Fətullah Gülənin həbsinə qərar verdi - Yenilənib

Türkiyə məhkəməsi hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin həbs edilməsinə dair qərar çıxarıb. Bu barədə Trend “A Haber” telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, F.Gülən terror qruplaşmasının yaradılmasında, eləcə də Türkiyəyə qarşı casusluqda günahlandırılır.

Məlumat verilir ki, Türkiyə F.Gülənin ölkəyə ekstradisiyası ilə bağlı ABŞ-a müraciət edəcək. /