Türkiyədə Prezident sarayındakı məscid bu gün istifadəyə verilir

Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğanın iqamətgahındakı məscid bu gün cümə namazı zamanı rəsmi olaraq açılacaq.
Maide.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məscid 5111 kv.m sahəni əhatə edir.
Məscidin hündürlüyü 59,30 metr olan 4 minarəsi var. 3 min insanın eyni anda ibadət edə biləcəyi məscid Ankara şəhərində “Kocatepe” və “Ahmet Hamdi Akseki” məscidlərindən sonra ən böyük 3-cü məsciddir.
Məscidin axundu keçmiş Beykoz Riva Məscidinin imamı Mehmet Bilir təyin edilib. O, 2010-cu ildə Rusiyada, 2014-cü ildə isə İndoneziyada “Qurani Kərim” qiraət müsabiqəsində dünya ikincisi olub./