Türkmənistanda həbsdə olan müəllim üçün Ərdoğan xahiş etdi

Türkmənistanda fəliyyət göstərən türk məktəbində müəllim işləyərkən həbs olunan Hacı Hamdi Hamid Polad bu ölkədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə azadlığa buraxıldı. Maide.az xəbər verir ki, Ərdoğanın istəyi ilə Türkmənistan prezidenti müəllimin azadlığa buraxılması istiqamətində göstəriş verib. 49 yaşlı müəllim Ərdoğanın təyyarəsi ilə Türkiyəyə qayıdıb. Polad ailəsi isə bu jestinə görə prezident Ərdoğana təşəkkürünü bildirib. 
 
Xatırladaq ki, Hacı Hamdi Hamid Polad Türkmənistanın Aşqabad şəhərindəki türk məktəbində işlədiyi zaman şagirdlərdən birini döydüyü iddiası ilə 2014-cü il may ayının 20-də həbs olunmuşdu. Müəllim barəsində 2 il həbs qərarı verilsə də o, xüsusi amnistiya ilə azadlığa buraxıldı.