Ukrayna əhalisinin 23 faiz azaldığı deyilir

 

Əhalinin “elektron siyahıya alınmasının” nəticələrinə görə Ukraynanın əhalisi 2001-ci ildən bəri 25 faiz azalıb.

Bunun əsas səbəbinin miqrasiya, ölümlərin doğumlardan çox olması, haberə Rusiya tərəfindən ilhaq edilmiş Krımda və rusiyayönlü separatçıların nəzarətində olan ərazilərdə əhali sayınn müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü olduğu deyilir.

Ukraynanın dövlət naziri Dmytro Dubilet yanvarın 23-də deyib ki, hazırda Ukraynada 37.3 milyon əhali yaşayır.

Dubilet deyib ki, əhalinin elektron sayılmasında mobil telefon əməliyyatçılarının, sosioloqların, pensiya fondunun rəqəmləri əsas götürülüb.

Bütün hallarda yeni rəqəmlər dekabrın 1-nə olan məlumata görə Ukrayna əhalisinin 2001-ci ildən bəri azı 23 faiz azaldığını göstərir.

1991-ci ildə Ukrayna SSRİ-dən müstəqilliyini elan edərkən onun əhalisinin rəsmi sayı 52 milyon nəfərə yaxın idi.
 
Dublet deyib ki, son onillik ərzində 3.8 milyon ukraynalı öz vətənini “bir daha geri qayıtmamaq” niyyəti ilə tərk edib.

Ukraynada 2017-ci ilin məlumatına görə hər 1000 nəfərə 9.4 doğum, 14.5 ölüm qeydə alınıb.

Dünya Bankının məlumatına görə hazırda Ukraynada 20 milyon qadın və 17 milyon kişi var.

Əhalinin 20 milyon nəfəri 25-64 yaşları arasında olmaqla işə yararlı təbəqədir.

Rusiya Krımı 2014-cü ildə ilhaq etməzdən əvvəl yarımadada 2 milyon nəfər yaşayırdı.

Hazırda separatçı münaqişənin davam etdiyi Luhansk və Donetsk vilayətlərinin ümümi əhalisi 6 milyon nəfər idi. /azadliq.org