Ukrayna Ali Radasının sədri istefaya göndərilib
07 Oktyabr 2021 13:18
-
admin
Ukrayna Ali Radasının (parlament) sədri Dmitri Razumkov istefaya göndərilib.
Maide.Az xəbər verir ki, məlumatı UNİAN yayıb.
Məlumata görə, 284 deputat onun əleyhinə səs verib.
Xatırladaq ki, oktyabrın 2-də Xalq Xidmətçiləri Partiyası onun istefası ilə bağlı məsələnin gündəliyə çıxarılması üçün lazımi sayda imza toplamışdı.
Məlumata görə, Ali Rada sədrinin birinci müavini Ruslana Stefançuk bu vəzifəyə seçilə bilər.