UNESCO Məscidül-Əqsada müsəlmanlara məxsus qəbirlərin dağıdılması və yalançı yəhudi qəbirlərinin quraşdırılmasını pisləyib və Məscidül-Əqsanın müsəlmanlara məxsus və İslami bir abidə olduğunu vurğulayıb.
Maide.az “WB” xəbər saytına istinadən məlumat verir ki, UNESCO elan edib ki, Məscidül-Əqsa və Beyt Ləhm və Əl-Xəlil şəhərlərindəki digər müqəddəs məkanlar Fələstinin ayrılmasz bir parçasıdır. UNESCO-nun bu açıqlaması sionist rəsmilərini qəzəbləndirib.
UNESCO həmçinin İsrail rejiminin müsəlman qəbristanlıqlarında yalançı qəbirləri quraşdırmağı işğalçılıq adlandırıb.
Qeyd edək ki, Beyt Ləhmdə Bilal ibn Rubahın məscidi və Əl-Xəlil şəhərində İbrahimi məscidi Fələstinin turizm məkanlarıdır.
UNESCO-nun bəyanatında bildirilir: Bir daha təkidlə bildiririk ki, Əl-Xəlildə və Beyt Ləhmdəki iki tarixi məkan Fələstinin ayrılmaz hissəsidir və orada yəhudi qəsəbə sakinləri tərəfindən aparılan qazıntılar və divarın tikintisini pisləyirik.
UNESCO həmçinin işğalçı İsrail rejimindən istəyib ki, bu məkanların tarixi keçmişinə hörmətlə yanaşsın və bu hərəkətləri dayandırsın. Təşkilat həmçinin Qəzzanın mühasirəsinin davamını və oradakı uşaqlar və insanlar üçün yaradılmış ağır durumu pisləyib.