Unutqanlığa səbəb olan xəstəliklər

 

Siz daim öz dostlarınızın, tanışlarınızın və oxuduğunuz sonuncu kitabın və baxdığınız sonuncu filmin adlarını unudursunuzsa və s., narahat olmayın. Heç şübhəsiz, Alzheimer” xəstəliyinə tutulmamısınız. Problemlər və zehni məşğuliyyətlər unutqanlığa səbəb olur. Lakin bəzi hallarda bir sıra xəstəliklər də bu tip unutqanlıqların və yaddaşt pozğunluğunun yaranmasına səbəb ola bilər. Bu yazıda, bəhs etdiyimiz problemin arxasındakı mümkün gizlin xəstəlik haqqında danışırıq.
 

Depressiya və unutqanlıq

Depressiyadan əziyyət çəkən insanlar adətən sağlam insanlara nisbətən daha zəyif yaddaşa malik olurlar.

2013-cü ilin oktyabrında tibbi jurnalda dərc edilən tədqiqatın nəticələri depressiya xəstəliyi olan insanlarda hipokampus analizindən xəbər verir. Bu problem yaddaş pozğunluğunda mühüm rola malikdir. Hipokampus- insanın beyində yaddaşa və əhval-ruhiyyəsinə nəzarət edən bölgədir.

Depressiya o qədər zehni məşğul edir ki, beynin digər fəaliyyətlərinə, xüsusən də hipokampusun fəaliyyətinə mənfi təsir göstərir.

Unutqanlıqdan əlavə, yorğunluq, yuxu pozulması, iştahsızlıq və qıcıqlanma kimi əlamətlərdən əziyyət çəkirsinizsə, daha çox diqqətli olun.

Nə etmək lazımdır?

Əgər siz narahatçılıq hissi və depressiya keçirirsinizsə, eləcədə qeyd edilən digər simptomları da özünüzdə müşahidə edirsinizsə, psixoloqa müraciət edin. Heç vaxt psixoloji problemləri yüngül saymayın.

Bir çox insanlar adi bir soyuqdəymədən həkimə müraciət edirlər, ancaq depressiyanı bir növ xəstəlik kimi tanımırlar.

Yuxu apnesi və unutqanlıq

Yaxşı və güclü yaddaşa malik olmaq üçün yüksək keyfiyyətli yuxu lazımdır. Yaxşı yatmaq, alınan məlumatları yaxşı qeydə almaq və beynin bir küncündə yerləşdirmək üçün beyinə yardım edir.  

Hipotireoz qalxanabənzər vəzinin funksiyasının zəyifləməsindən irəli gəlir ki, bu da yaddaş pozğunluğuna və gündəlik unutqanlıqlara gətirib çıxara bilər.

Aparılan araşdırmaların bir çoxunun nəticələri göstərir ki, yaxşı yatmaq və yüksək keyfiyyətli yuxuya sahib olmaq yaddaşı gücləndirmək öyrənmə gücünü möhkəmləndirmək üçün ən yaxşı vasitədir.

Yuxu apnesi (yuxu zamanı qısa müddətli tənəffüsün kəsilməsi) yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb olur və beynin öz funksiyasını lazımınca yerinə yetirməsinə əngəlləyir.

2015-ci ilin aprel ayında Nyu-York universitetində aparılan və Neurology jurnalında dərc edilən araşdırmanın nəticələri göstərdi ki, yuxu apnesindən əziyyət çəkən insanlar ömrünün növbəti 10 ili ərzində daha çox yaddaş pozğunluğuna və demensiyaya düçar olurlar.

Belə ki, bu insanlarda 77 yaşında demensiya kimi problem yaranır, hal bu ki, bu xəstəliyin yaranması üçün xarakterik olan normal yaş həddi adətən 99 yaş hesab edilir.

Əgər siz yaddaş pozulması ilə eyni vaxtda xoruldayır, səhər yorğun, başağrısı ilə və yuxulu halda oyanırsınızsa, məsələyə ciddi yanaşın.

Nə etməli?

Yuxu apnesi problemini yoxlamaq üçün qulaq, boğaz və burun həkiminə müraciət edin.

Hipotiroid və amneziya

Hipotiroid- qalxanabənzər vəzinin funksiyasının zəyifləməsindən irəli gəlir ki, bu da yaddaş pozğunluğuna və gündəlik unutqanlıqlara gətirib çıxara bilər.

Bu xəstəlik zamanı, tiroid bir az hormon ifraz edir və beləliklə, insanın psixi sistemi də funksiyasını itirməyə və zəyifləməyə başlayır.

Hipotiroid problemi eləcədə böyük fiziki və zehni yorğunluğa gətirib çıxarır ki, bu da hormon pozğunluğu nəticəsində yaranır.

Əgər bədənin gücdən düşməsi, ürək döyüntülərinin azalması, dərinin quruması, qəbizlik və köp kimi mədə-bağırsaq problemlərindən əziyyət çəkirsinizsə, məsələyə ciddi yanaşın.

Nə etmək lazımdır?

Yaxşı olar ki həkimə müraciət edə və qan analizi verəsiniz ki, TSH- yəni tiroid vasitəsilə ifraz edilmiş hormon müəyyən edilsin.

Tiroidi yoxlamaq üçün qan analizi və əlavə testlərin verilməsi problemin aradan qaldırılmasına çox kömək edir.

Çölyak xəstəliyi və amneziya

Çölyak xəstəliyi- xroniki bağırsaq pozğunluğudur ki, buğda və ya yulaf kimi bəzi taxıl növlərində qlüten və ya zülalın düzgün udmasına mane olur. Qlütenə qarşı belə bir dözümsüzlük hər 300 nəfərdən birinə təsir edir.  

İndiyədək mütəxəssislər çölyak xəstəliyindən əziyyət çəkən insanlarda yaddaş pozğunluğunun yaranma mexanizmini düzgün müəyyən edə bilməyiblər. Lakin qlütenə qarşı dözümsüzlük xəstəliyinə tutulan insanlarda yayılmış əlamətlər tədqiqatçıları belə düşünməyə vadar edib ki, bağırsaqların (bizim ikinci beynimiz) xroniki iltihabı birbaşa beyinə təsir edir. İshal, qəbizlik, çəki azalması, yorğunluq və əzələ spazmları kimi xroniki dəfedici pozğunluqlar kimi digər əlamətlər bu xəstəliyin ən yayılmış simptomlarından hesab edilir.

Nə etmək lazımdır?

Həkimə müraciət edin ki, xəstəliyi yaradan antikoru tapmaq üçün lazımi analizlər götürülsün.

Anti-qliadin və anti-mayzil antikorların həcmini müəyyən etmək üçün qan analizi vermək, bu xəstəliyi müəyyən edən metodlardan biridir.

İnsan özü də qlütensiz pəhriz saxlamaqla, bu xəstəliyin onda olmasını müəyyən edə bilər. Əslində, əgər qlütenli qida maddələrindən imtina etdikdən sonra qeyd edilən əlamətlər azalsa, deməli həmin şəxs çölyak xəstəliyindən əziyyət çəkir.

Hər bir halda, həkimə müraciət etmək lazımdır ki bu xəstəliyi müəyyən etmək və qarşısını almaq üçün lazımi təlimatlar və analizlər təyin etsin. Maide.az , tebyan/