Vətəndaşlar www.gomap.az saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olaraq, rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcək.
“ASAN xidmət”-dən bildirilib ki, bu məlumatı “ASAN xidmət”in rəsmi www.asan.gov.az internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.