Xobreqan Ekspertlər Şurası Məclisinin rəisi və üzvləri bu gün səhər Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.
Maide.az xəbər verir ki,Ali rəhbər Ayətullah Xamenei dördüncü dövr Xobreqan Ekspertlər Şura Məclisinin rəisi və üzvləri ilə görüşdə fevralın 26-da İranda keçirilən seçkiləri önəmli seçkilər adlandırıb. “Seçkilərdə 34 milyon insan iştirak etdi və qutulara 70 milyona yaxın səs atıldı. Seçkilərdə xalq həqiqətən parlaq iş gördülər və seçkidə səsvermə hüququ olanların 62 faizinin iştirak etməsi bir çox ölkələrlə hətta Amerika ilə müqayisədə daha yüksək göstəricidir. Xalq öz yüksək səviyyədə iştirakı ilə əslində İslam sisteminə inamlarını əməldə sərgilədilər.”
Ayətullah Xamenei seçkilərdə bəzilərinin seçilib və bəzilərinin isə seçilməməsini təbii adlandırıb və seçkilərdə Xobreqan Ekspertlər Şura Məclisinə vəsiqə qazanmayan namizədlərinə çalışmalarına görə təşəkkür edib.
Ayətullah Xamenei İslam Sistemində seçkilərin xüsusiyyətlərini açıqlayıb. “Bu seçkilərin xüsusiyyətlərindən biri insanların azadlığıdır. Ona görə ki, İslami Sisteməd seçkilərdə iştirak etmək üçün məcburiyyət yoxdur və xalq öz düşüncə, istək və meyli ilə seçkilərə qatılırlar. Ikinci xüsusiyyəti seçkilərin rəqabətli olmasıdır. İsfənd ayının 7-də (fevralın 26) keçirilən seçkilər tamamilə rəqabətli seçkilər idi. Ona görə ki, müxtəlif cinahlar, qruplar və şəxslər, müxtəlif şüarlarla seçkilərə qatıldı, hər kəs sözün həqiqi mənasında çalışdı və rəqabət apardı. Üçüncü xüsusiyyəti seçkilərin tam təhlükəsiz şəraitdə keçirilməsi idi. Bizim ətraf ölkələrimizdə insanlar terror hadisələri və sabitsizliklə qarşılaşdığı halda, ölkəmizdə xalq kütləsinin geniş iştirakı ilə əzəmətli seçkilər heç bir acı hadisə olmadan keçirildi. Təkcə Tehran şəhərində insanlar səhər saat 8-dən gecə yarısına kimi tam təhlükəsiz şəraitdə səsvermə qutularına səslərini atdılar.”
Ayətullah Xamenei seçkilərin təhlükəsizliyini təmin etdiyinə görə, ölkənin polis, təhlükəsiz xidmətləri, sepah və könüllülər briqadasının üzvlərinə təşükkürünü bildirib və İslam Sistemində keçirilən seçkilərin xüsusiyyətlərinin dördüncüsünü açıqlayıb. “Sağlam və xalqın səsini qorumaq seçkilərin digər xüsusiyyətidir. Ölkə daxilində bəzilərinin iddiası və düşmənlərin təbliğatının əksinə olaraq İslam Sistemində həmişə sağlam seçkilər keçirilir. Seçkilərin nəticələrinə təsir etmək üçün heç vaxt təşkilatlanmış hərəkətlər edilmir. İsfənd ayının 7-də keçirilən seçkilər bir daha 2009-cu ildə keçirilən seçkilərin nəticələrinə şübhə ilə yanaşanların və ölkə üçün ziyanlı olan o fitnəni yaradanların iddiasının səhv və əsassız olduğunu göstərdi. Necə ki, sonuncu keçirilən seçkilər sağlam seçkilər idi,bundan öncəki seçkilər o cümlədən 2005 və 2009-cu illərdə keçirilən seçkilər sağlam idi.”
Ayətullah Xamenei sonuncu seçkilərdə namizəd olan və səs toplamayan şəxslərin “nəcabətli davranışı”nı alqışlayıb və bildirib 2009-cu ildə keçirilən seçkilərdə səs toplamayan şəxslər öz nalayiq hərkətləri ilə ölkə üçün problemlər yaratdı, düşməni tamahını artırdılar, onların bu hərəkətlərinin əksinə olaraq bu dəfəki seçkilərdə səs toplamayan şəxslər, qələbə qazanan şəxslərə təbrik dedilər və bu çox dəyərli davranışdır.
Ayətullah Xamenei deyib ki, xalqın seçkilərdə İslam sisteminə inam göstərməsi düşmənin “seçkiləri etibarsız” etmək və “xalq və sistem arasında iki tirəlik yaratmaq” üçün çalışmalarını uğursuz etdi.