Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib -Yenilənib -FOTO

İranlı doplomatlardan kimsə xəsarət almayıb

(xanım Mərziyyə Əfxəmin sözləri əlavə olunub )
 
Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib.
 
Yəmən hüquq-mühafizə orqanları səhər saatlarında baş verən terror aktının İranın bu ölkədəki səfirinin evi hədəfə aldığını bildirib.
 
Hadisə nəticəsində səfirin iqamətgahının mühafizə xidmətində çalışan 2 nəfər ölüb.
 
Evin yaxınlığındakı binalara ciddi zərər dəyib. İranlı diplomatın xəsarət alıb-almaması ilə bağlı heç bir məlumat verilmir. 
 
Maide.az-ın məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri xanım Mərziyyə Əfxəm deyib ki, baş vermiş partlayışda İranlı doplomatlardan kimsə xəsarət almayıb.
M.Əfxəm deyib ki, partlayış yalnız binaya ziyan vurub.