Yəhudilər azanı məhkəməyə verdilər

İsrail və Fələstin arasında növbəti gərginlik turizm şəhəri Yaffada baş qaldırmaqdadır.
 
Maide.az xəbər verir ki, Yaffa şəhərində məskunlaşmış yəhudilər şəhər admistrasiyasından azanın qadağan olunmasını tələb edirlər. Bu tələb şəhərin böyük əksəriyyətini təşkil edən müsəlmanların şiddətli qəzəbinə səbəb olub. 
 
Yəhudilər azanı məhkəməyə verərək, Fələstin şəhəri olan və sakinlərinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Yaffa şəhərinin bütün məscidlərində azanın qadağan olunmasını tələb edirlər. 
 
Yəhudilər azanı qadağan etmək üçün indiyə kimi bir çox üsullara əl atıblar, lakin fələstinlilərin səyi nəticəsində heç biri baş tutmayıb. //