Yəməndən təxliyyə edilmiş azərbaycanlılar Qahirədədir

İçərisində daha əvvəl Yəməndən evakuasiya olunan 140 Rusiya və digər ölkə vətəndaşları olan Rusiyanın "Tu-154" təyyarəsi Cibuti respublikasından çıxıb.
 
"Ria Novosti" xəbər verir ki, hazırda təyyarə Qahirəyə enib.
 
Cibutidə olan Rusiya səfiri Valeriy Arlovun sözlərinə görə təyyarənin göyərtəsində 49 Rusiya, 18- Ukrayna, 6 Azərbaycan, 6 Belarus, 11 Özbəkistan, 3 Türkmənistan, bir eston və Somali vətəndaşı var. Bundan əlavə təyyarədə 40-dan çox ruslarla qarışıq olan lakin Rusiya vətəndaşı olmayan yəmənlilər də var.
 
Səfirin sözlərinə görə Yəməndən Cibutiyə keçən zaman təxliyyə olunmuş insanların sərhəd yoxlaması çox uzun çəkib. “Cibutiyə keçmək üçün paspotların qeydiyyatı çox uzun çəkib. Hakimiyyət qüvvələri sərhəddə qeydiyyat prosesini maksimum sadələşdirməyə çalışsa da, hərbi gəmilərlə təxliyyə olunan həddindən artıq qaçqın var, ətrafda anlaşılmazlıq və qarışıqlıq olduğundan problem və çətinliklər də çoxdur. ”- deyə TASS agentliyinə müsahibəsi zamanı səfir bildirib. 
 
Qeyd edək ki, Rusiyanın xüsusi təyyarəsi Yəməndə olan Rusiya və digər ölkə vətəndaşlarını oradan çıxarmaq üçün, 12 aprel tarixindən Qahirədən Cibutiyə enmişdi.