Yəmən xalq ordusu Səudiyyənin Əl-Qaidə üçün atdığı silahları ələ keçirdi - Foto

Yəmənin Ənsarullah hərəkatı qüvvələri və xalq inqlabi komitələri Səudiyyə təyyarələrdən Yəmənin cənub-qərbindəki Şibvə əyalətindəki yaraqlılara atdığı odlu silah və döyüş sursatının bir hissəsini ələ keçiriblər.
 
PressTV-nin məlumatına  görə, aprelin 13-də Səudiyyənin qırıcıları istefa vermiş sabiq prezident Hadi tərəfdarlarının və "Əl-Qaidə" terrorçularının götürəcəyi ümidilə silah və döyüş sursatı ilə dolu bağlamaları Əl-Ənad hərbi hava bazasının yaxınlığına atıblar.
 
Hərbi sursat dolu bağlamalar Səudiyyənin istəyinin əksinə olaraq xalq inqilabi komitələri və Ənsarullah döyüşçülərinin əlinə keçib.
 
Qeyd edək ki, Səudiyyə hərbi təyyarələri dəfələrlə Yəmənə qarşı Ər-riyadın hərbi təcavüzünü dəstəkləyən yaraqlılara silah atıb./