Yəmən ordusu və `Ənsarallah` növbəti dəfə “Əl-Qaidə” terrorçularından Səudiyyə silahları aşkar edib

Səudiyə Ərəbistanı Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” terrorçularına yardım göndərməyə davam edir
İslamazeri.az-ın Yəmən mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Yəmənə təcavüzü ilə yanaşı, Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” terrorçularına silah yardımı da edir. “Ənsarallah” xalq hərəkatı və Yəmən ordusu Mərib vilayətində terrorçulara qarşı keçirdiyi əməliyyatlar nəticəsində “Əl-Qaidə” terrorçularından Səudiyyə Ərəbistanına məxsus silah-sursat aşkar edib. /