Yəmən sərhədində səudiyyəli hərbi qüvvələr öldürülüblər

Maide.az xəbər verir ki, "Əlminar" informasiya kanalının məlumatına görə, Yəmənin Həmdan bin Zaid qəbiləsinin köçəri tayfalarından bir qrupu dünən gecə Səudiyyə qüvvələrinin Ərəbistanın Nəcran məntəqəsində bu ölkənin sərhədlərindəki hərbi xətlərdən keçərək, bir qrup səudiyyəli əsgəri və yüksək rütbəli bir zabiti patrul zamanı öldürüblər. 
 
Yəmənli mənbələr qeyd ediblər ki, Həmdan bin Zaid qəbiləsinin döyüşçüləri səudiyyəlilərin kəskin artilleriya və aviasiya hücumlarına baxmayaraq, sərhədlərdəki bazalarına geri dönüblər.
 
Digər tərəfdən, Yəmən ordusu xalq komitələrinin dəstəyi ilə Təəz şəhərinin mərkəzində Əlqaidə ünsürlərinə qarşı geniş irəliləyişlərə nail olublar. Onlar silahlı şəxsləri mərkəzi təhlükəsizlik idarəsi, mərkəzi bank və hərbi xəstəxanadan çıxara biliblər. 
 
Ərəbistan ötən həftə Yəmənin müdafiəsiz xalqına 27 gün divan tutduqdan sonra bu ölkədəki hərbi əməliyyatlarının bitdiyini bildirdi. Amma, atəşkəsin elan olunmasından cəmi iki saat sonra Ərəbistanınn təcavüzkar təyyarələri bir daha Yəmənin infrastrukturları və yaşayış massivlərini hədəfə aldılar. Bu təcavüzlərdə indiyədək yüzlərlə qadın və uşaq daxil olmaqla minlərlə sivil həlak olub və yaralanıbdır.