Yəmən ordusu Əl-Qaidənin qalasına doğru gedir

Maide.az-ın məlumatına görə, Yəmən xalq və ordu birlikləri Maribin ətrafındakı bir çox nöqtəni Əl-Qaidə terrorçularından təmizlədikdən sonra şəhərə doğru gedir.
 
Xəbərdə Maribin qərbindəki əhəmiyyətli bölgələrin Yəmən ordusunun nəzarətinə keçdiyi bildirilir.
 
Mərib əyalətinin mərkəzi olan Mərib şəhəri Yəmənin neftlə zəngin bölgələrindən sayılır.
 
Mərib Səudiyyə Ərəbistanının dəstəklədiyi Əl-Qaidə terrorçuları və Yəmən İslah Partiyasına bağlı milislərin qalasıdır.
 
Bu əyalətdəki terrorçular vəzifəsindən istefa verərək fərarilik edən prezident Mansur Hadini dəstəkləyir.