Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Əlaqələr Ofisinin açıqladığı rəqəmlərə görə Yəmən hadisələrində 1849 nəfər öldürülüb.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəmənə hücumu nəticəsində 7 394 nəfər də yaralanıb.
Hücumlarla bağlı olaraq təxminən 500 min insan evlərini tərk etmək məcburiyyətində qalıblar.
Hazırda müxtəlif humanitar təşkilatlar tərəfindən evsiz ə ərzaqsız qalan insanlara yardımlar edilir. Bölgədə davam edən atışmalar səbəbindən yardım gözləyən bir çox insanlara yardım etmək mümkün deyil./