Yəməndə Türkiyə və Qətər kəşfiyyatı üçün çalış cəsuslar həbs olundu

Yəməndə türk kəşfiyyatı üçün çalışdığı iddia edilən səkkiz casus ələ keçirilib. 
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı İranın xəbər agentliyi yayıb. 
 
Agentliyin məlumatına görə, bu iddianı Yəməndə husilərin siyasi qanadı sayılan Ənsərullah hərəkatının liderlərindən olan Rəzzak Həmid Amcadi irəli sürüb. 
 
O bu şəxslərin Türkiyə və Qətər kəşfiyyatı üçün çalışdığını iddia edib. 
 
Qeyd edək ki, şübhəli qismində günahlandırılan şəxslərdən biri Sudan vətəndaşıdır./