Yəməndə bəzi uçuşlar yenidən başlayıb

Bəzi hava yolları şirkətlərinin Yəmən paytaxtı Səna beynəlxalq hava limanından uçuşları yenidən başlayıb.

Maide.az-ın məlumatına görə, Yəmənin Hava Yolları Şirkətinin rəyasət heyətinin sədr əvəzi Məhəmməd Əbdülhəmid əl-Məxəllaqi bildirib ki, bu şirkət İordaniyaya öz hava uçuşlarına yenidən başlayıb.

Məlumata görə, Yəmən vətəndaşlarının müalicə, təhsil və digər bəzi təcili hallarla əlaqədar ölkədən xarici göndərilməsi Səna aeroportunun yenidən fəaliyyətə başlamasının səbəblərindəndir. 

Qeyd edək ki Ərəbistanın Yəmənə hava hücumları başlandıqdan sonra Səna və digər aeroportlar arasında bütün uçuşlar dayandırılmışdı.