Yəməndə öldürülənlərin sayı 2 mini keçdi

BMT-nin Humantiar Əlaqər üzrə Koordinasiya Ofisinin sözçüsü Yans Larke Səudiyyə Ərəbistanının Yəmənə işğalçı hücumları nəticəsində 2 mindən çox insan öldürüldüyünü açıqlayıb.
Maide.az xəbər verir ki, Larke Yəmənə hücumlar zamanı 1 milyondan çox insanın evlərindən didərgin düşdüyünü, 20 milyondan çox insanın isə təcili olaraq yardıma möhtac vəziyyətdə olduğunu bildirib.
Yans Larkenin sözlərinə görə, 19 martdan etibarən 2288 nəfər ölüb, 9755 nəfər isə yaralanıb. Ölənlərin yarıdan çoxu sivil vətəndaşlardır.
Bu arada, Yəməndə probleminin həll olunması üçün tərəfləri bir araya gətirəcək müzakirələrin başlanması gözlənilir. Husi şiələr müzakirələrə qatılmağa hazır olduğunu bəyan ediblər. Hazırda digər tərəfin mövqeyi hələ də məlum deyil./