Yəmən ordusu Səudiyyə Ərəbistanın hərbi mövqelərini atəşə tutdı

Səudiyyə Ərəbistanın Cizan bölgəsindəki sərhəd hərbi bazaları Yəmən ordusu və xalq komitələrinin raket hücumlarına məruz qalıb.
Maide.az xəbər verir ki,Yəmən ordusu və Ənsarullaha bağlı xalq komitələri 80 raketlə Ərəbistanın Cizan sərhəd bölgəsindəki hərbi mövqelərini atəşə tutub. 
Hələlik səudiyyəli hərbçilərin tələfatı barədə məlumat yayılmayıb. 
Yəmənin yerli dairələri bu ölkə ordusunun Ərəbistanın sərhəd bölgələrinə raket hücumunun Səudiyyə rejiminin  Yəmənə hava təcavüzlərinə cavab olaraq həyata keçirildiyini  bildiriblər.
Səudiyyə Ərəbistanı öz cinayətlərinin davamında bu gün günortadan sonra Həccə vilayətinin Heyran məntəqəsində yəmənli didərginlərin düşərgəsini bombalayıb. Nəticədə 8 nəfər həlak olub 50-dən çox sivil insan yaralanıb. 
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın sözçüsü Əhməd əl-Əsiri bildirib ki, Yəmən Ənsarullahının ən azı 300 Skad raketi var./