Yəmən ordusu Ərəbistanın cənubunda bəzi bölgələrə nəzarəti ələ keçirib

Yəmən ordusu Səudiyyə Ərəbistanının cənubunda iki sərhəd məntəqəsinə nəzarəti ələ keçirib.
Maide.az əl-Məyadin telekanalına istinadən xəbər verir ki, Yəmənin hərbi mənbələri bu gün ölkə ordusu və xalq qüvvələrinin Səudiyyə Ərəbistanın Yəmənlə sərhədində Cazan vilayətinin əl-Xubə bölgəsində əl-Dud dağı və əl-Qaviyəni ələ keçirdiklərini bildiriblər. 
Yəmən ordusu və xalq qüvvələri bu gün həmçinin Cazanda Dəxan və əl-Rəmih dağları və əl-Rədif sərhəd postuna hücum edib. 
Qeyd edək ki, Səudiyyə rejimi ötən gün Yəmən ordusu ilə döyüşlərdə iki hərbçisinin öldürüldüyünü təsdiqləyib. /