Yəməndə əl-Qaidə başçılarından biri öldürüldü

Yəməndə əl-Qaidə terror qruplaşmasının başçılarından biri Məhəmməd Başəmilə Ədən şəhərinin əl-Bəsatin bölgəsində öldürülüb.
 
Maide.az-ın Yəmənin rəsmi informasiya agentliyinə istinadlı məlumatına görə, Başəmilə Yəmən ordusu və xalq qüvvələri ilə döyüşlərdə öldürülüb. 
 
Bu terrorçu əl-Qaidənin ən təhlükəli üzvlərindən və "ölüm batalyonu"nun komandanı olub. Belə ki, təlim keçmiş terrorçuları döyüş meydanına, xüsusilə də qəfil hücumlar üçün göndərmək onun ixtiyarında imiş.