Yəhudilər yenə Məscidi Əqsaya girdi

Məscidi Əqsa müdiri Ömər Kisvani bildirib ki, səhər saatlarında İsrail rejimi polisinin nəzarəti altında təxminən 15 nəfərlik yəhudi qrupu Əl-Məğaribə qapısından Əqsa həyətinə girib.
 
Yəhudilərin Əqsanın həyətində gəzişdiyini bildirən Kisvani vəziyyətin hazırda sakit olduğunu deyib.
 
Xatırladaq ki, Məscidi Əqsada gərginlik bazar günündən bu yana davam edir. Gərginliyi artıran səbəblərdən biri kimi isə sionist əsgərlərin ayaqqabıları ilə məscidin minbərinə kimi qalxmaları olub.