Yəhudilər fələstinli qızın otardığı qoyunları öldürdü, özünü döydü

Rəmallah şəhərinin şərqindəki Ramon kəndi yaxınlığında ötən gün yəhudilərdən ibarət bir qrupun fələstinli gənc qıza hücum edərək xəsarətlər yetirdiyi bildirilib.
 
Yəhudilər 11 qoyunu bıçaqladıqdan sonra qoyunları otaran fələstinli gənc qıza hücum ediblər.
 
Gənc qıza zərbələr endirib xəsarətlər yetirdikdən sonra onu öldürmək üçün olduğu yeri yandıran yəhudilər hadisə yerindən qaçıb.
 
Yəhudilərin fələstinli gənc qıza hücum etdikləri yerin Rəmallahın şərqində bədəvilərin yaşadığı "Əl-Muarracat" bölgəsi yaxınlığında yerləşdiyi və bölgənin Rəmallah ilə Əriha arasındakı yol üzərində olduğu qeyd edilib.
 
Yəhudilərin İordan çayının qərb sahilində fələstinlilərə, evlərinə, nəqliyyat vasitələrinə, şumlanmış ərazilərinə, heyvanlarına hücum etdiyi, işğalçı İsrail qüvvələrinin də onların hücumlarına laqeyd olduğu və görməməzlik etdiyi deyilir. (eastnews.org) /