Yəmənlilər Səudiyyə rejiminin Nəcran hava limanını ballistik raketlə vurdu

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Səudiyyə rejiminin cənubunda Nəcran hava limanını raketlə vurub.
 
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii hücumla bağlı bu gün (4 sentyabr) verdiyi açıqlamasında, Səudiyyə rejiminin hava limanına atılan raketlərin Bədr 1 ballistik raketlərindən olduğunu, raketlərin müəyyən olunan hədəfləri dəqiq vurması nəticəsində Nəcran hava limanının naviqasiya sisteminin məhv edildiyini qeyd edib.
 
Yəmən qoşunları, həmçinin Səudiyyə rejiminin Asir əyalətində də muzdlu qüvvələrin mövqelərini bir ədəd Zilzal 1 ballistik raketlə vurublar.