Müsəlmanlar üçün öz xidmətlərini inkişaf etdirən Yaponiyada, sənayenin tərəqqisi barədə beynəlxalq ictimaiyyəti maarifləndirmək üçün halal məhsulların istehsalına həsr olunmuş ilk beynəlxalq forum və sərgi keçiriləcək.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Noyabr ayının 26 və 27- də keçiriləcək sərginin mövzusu "Yapon halal məhsulların qlobal yayılması və halal daxili istehsalının inkişafı" olacaq.
Məlumata əsasən, tədbir daxilində həmçin " Yaponiya istehsalı" adlı halal məhsulların yarmarkası təşkil olunacaq.
Forumda yerli və beynəlxalq vasitəçilər, halal- ekspertlər və halal sertifikatlaşdırma təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Müsəlmanlar Yaponiyaya səfər edərkən ibadət yerlərinin olmamasından və məhsullar üzərində məlumatların kifayət qədər olmamasından şikayətlənirlər.
Qeyd edək ki, 2004-cü ildən 2013-cü ilədək Yaponiyada müsəlman turistlərin sayı 7,2% artığından dövlət bu sahəni inkişaf elətdirməyi düşünüb. Artıq Yapon beynəlxalq aeroportlarında namaz otaqları yaradılıb və halal məhsullar satılmağa başlanılıb./