Yaponiyada İslam dini genişlənir

Məscidlərin və halal yeməklərin verildiyi restoranların sayı artmaqda davam edir.

Yaponiya cəmiyyəti İslam dinini daha yaxşı tanıyır. Məscidlərin və halal yeməklərin verildiyi restoranların sayı artmaqda davam edir.

Əvvəllər ev kimi istifadə edilən, lakin sonradan məscidlərə çevrilən 60 məscid vardır. 

Kobe bölgəsində yerləşən məscidlərdən birinin imamı olan Mohsen Beyumi belə deyib : "Yaponiyada İslam adət və ənənələrinə maraq günü-gündən artır."



II Dünya Müharibəsindən sonra Yaponiyada məscidlərin sayı olduqca az idi. İlk məscid 1930-cu ildə  Kobedə inşa edilən məscid idi. 1980-ci illərdən sonra inkişaf edən Yapon iqtisadiyyatı pakistanlı və indoneziyalı işçiləri buraya gətirdi və ehtiyac səbəbiylə burada məscidlərin sayı artmağa başladı. 


Mohsen Beyumi deyib ki, o, indiyədək  600-dən çox yaponun İslamı qəbul etdiyinə şahid olub. islamazeri /