Yerevandakı etirazlara dəstək verən sürücülər cəzalandırıldı

Ermənistan polisi Yerevanda etiraz aksiyalarının iştirakçılarına dəstək vermək üçün siqnal verən sürücələrin avtomobillərini "cərimə meydançası"na aparıb.
 
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, belə avtomobillərin sayı 80-90-dır.
 
Etirazçılardan biri bildirib ki, polisin bu addımı atmağa haqqı yoxdur: "Polisdən avtomobilləri qaytarmağı tələb edirik"./