`YouTube`dan yenilik: İnternetsiz video izləyə biləcəksiniz!

Bir müddətdir yeni inkişafla adını eşitmədiyimiz Youtube nəhayət fərqlilik edə bilib. Youtube aldığı qərarla offline video izlətmək üçün işlərə başlayıb.
 
İnternetsiz video izləməyin də vaxt limiti olacaq: 48 saat! Bu müddət sona çatmadan istifadəçilər izlədikləri videoları yenidən və internetə bağlı olmadan izləyə biləcək.
 
Bu xüsusiyyət hazırda Hindistan, İndoneziya və Filippində istifadə edilə biləcək.
 
YouTubenin bu ölkələrə ilk dəfə bu xüsusiyyəti açmasının səbəbi isə Asiya vətənlərində internetin yavaş olmasıdır.
 
Sözügedən  xüsusiyyətin sonrakı vaxtlarda başqa ölkələrdə də istifadəyə verilməsi gözlənilir. istixeber/