Yunanıstanda hələ də məscid tikmək qadağandır

Kilsə məscid tikintisini əngəlləyir

Yunanıstan müsəlmanları bu ölkədə məscid tikməyin qadağan edilməsinə görə öz namazlarını yeraltı və gizli məscidlərdə qılırlar.

 

Maide.az-ın Əl-Misriyyun xəbər portalına istinadən məlumatına görə,  Yunanıstan müsəlman cəmiyyətinin baş katibi Nəim Əl-Ğondura  deyib ki, Yunanıstan dövləti ölkə ərazisində məscidlərin inşa edilməsini qadağan edib və müsəlmanlar öz namazlarını yeraltı və gizli məscidlərdə qılmağa məcburdurlar.

Əl-Ğondur deyib: Yunanıstan 10 milyondan çox əhaliyə malikdir və bu ölkədə müsəlmanların sayı artmaqdadır və hal-hazırda Yunanıstanda 700 min müsəlman yaşayır.

O əlavə edib ki, kilsə icazə vermədiyi üçün  müsəlmanlar bir məscidə belə sahib deyillər.

Qeyd edək ki, bir müddət öncə Yunanıstan Parlamenti Afinada məscid tikilməsi qərarını təsdiqləyib, ancaq minarəyə icazə verməyib.

Ümumiyyətlə, Afinada 350 nəfərlik məscid tikilməsi  nəzərdə tutulur. Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb. 

Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə paytaxtdır.