YUNESKO Səudiyyə rejiminin Yəmənin tarixi abidələrinə hücumunu pisləyib

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Səudiyyə rejiminin  Yəmənin tarixi abidələrinə qarşı hava hücumlarını pisləyib.
 
Maide.az xəbər verir ki, Sin-Xua xəbər agentliyinin məlumatına görə, YUNESKO-nun baş direktoru İrina Bokova Yəmənin Marəb tarixi abidələrinə qarşı hava hücumlarını pisləyərək, bu hücumların dayandırılmasını tələb edib. 
Bokovanın sözlərinə görə, bəzi informasiya qaynaqları YUNESKO-nun başçılarına məlumat veriblər ki, mayın 31-də Marəb tarixi abidələrinə qarşı edilmiş hava hücumlarında böyük xəsarətlər törənib.
Əldə olunan məlumatlara görə, bu hücumlarda  Marəb su bəndinin divarlarına həkk olunmuş qədim əlyazmaları ziyan görüb. 
Bu hadisə Zəmmar vilayətində yerləşən Zəmmar Milli Muzeyinin tam şəkildə dağılmasından sonra baş verib. Həmin muzeydə təqribən on iki min beş yüz illik  tarixi abidə saxlanılırdı./