Qədir Məmmədov Allaha bəndəçilik 05 Noyabr 2020 10:28 Qədir Məmmədov Bismillahir-rəhmanir-rəhim. Dini ədəbiyyatımızda hər bir insanın dəyəri onun Allah qarşısında bəndəçiliik göstəricilərilə ölçülür. Bəndəçilik Rəbbin fərmanına boyun əymək , Ona itaət etmək və Onun qarısında təslim olmaqdır. Bəndəçilik yolunda insanın əməllərinin həqiqi dəyəri ona hakim olan təslim və itaət ruhuna bağlıdır. Yanız Allaha və Onun övliyasına müti olanlar bu həyatın ağır və keşməkeşli yollarında sınmaz və bəndəçilik adlı bu gövhəri heç bir şeylə əvəz etməzlər. Onlar daima özlərini Mütəal Allahın hüzurunda görər və heç bir zaman puçluq, tənhalıq və azğınlıq hiss etməzlər. Mütəal Allaha iman və bağlılıqdan doğan təslim və itaət ruhu onların yollarını aydınladar və fitnələr zamanı bəsirət bəxş edər. İnsanların Allah-Taalaya və Onun övliyalarına olan sevgisi və bağlılıqları fərqlidir: Bir çox insanlar Allah və Onun övliyasını Onun mənfəət və maraqlarına xidmət etdiyi üçün sevirlər. Qurani-Kərim bu barədə buyurur: وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ "İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir. (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar". (Həcc surəsi, ayə 11) Bu barədə Quranda bir çox nümunələr mövcuddur: Onlardan biri Həzrət Musanın (ə) yardım etdiyi tərəfdaşlarından birinin dastanıdır: Dünən ona yardım edən və onun hüquqlarını müdafiə edən Həzrət Musa (ə) elə bu gün də yardım məqsədi ilə ona yaxınlaşırdı, lakin bir an bunun əksini düşünən o tərəfdar, tez hay-küy salaraq Həzrət Musanın (ə) dünənki məsələsini ifşa edir. Dünən onun maraqlarına xidmət etdiyi üçün sevgisini izhar etdiyi Musanı (ə) bu gün əksini düşündüyü üçün ifşa edir. Bu kimi insanlar Allahla öz mənfəətləri arasında seçim edərkən, təbii ki, Allahı, Peyğəmbəri, İmamı və axirəti görməzdən gəlir və onların üstündən rahatlıqla xətt çəkirlər. Bir sıra insanın seçimi isə yalnız Allahdır. Onlar sorğu-sualsız Mütəal Allah qarşısında təslim və Onun əmrlərinə tabedirlər. Allah övliyasının həyatını mütaliə edərkən bunu açıq-aydın görmək mümkündür. Allaha və Onun övliyalarına sevgi bəsləyən, onlara təslim və göstərişlərinə müti olanlar bu bağlılıq nəticəsində çətinliklər qarşısında dayanmış və fitnələr baş qaldırdığı zaman ən doğru mövqeni sərgiləmişlər. Süffeyn müharibəsində əlinə qılınc alan Əmmar düşmən qarşısına çıxaraq belə dedi: "Ey mənim Rəbbim əgər mən bilsəm ki, Sənin razılığın mənim özümü dənizə ataraq boğulmağımda və yaxud əlimdəki qılıncın üstünə atlayaraq ölməyimdədirsə, şübhəsiz, bu işi görərdim, lakin mən bu gün Sənin razılığını bu kişiyə (Əli ibn Əbutalib (ə)) yardım etməkdə və Müaviyə ilə vuruşmaqda görürəm." Əmmarın düşmən qarşısında bəsirətli və ayıq olması Allaha və övliyasına bağlılığından sorğu-sualsız təslim və itaətindən qaynaqlanırdı. Bu bəndəçilik ruhu ona bəsirət verir və qaranlıq yolları aydınladırdı. Mütəal Allah ona həqiqətləri göstərirdi. O, başa düşürdü ki, bu gün nizələrə vurulan quranlar sabah İmam (ə) başını nizəyə vurmaq üçün başlanğıcdır. Ruhani Qədir Məmmədov (Maide.Az) Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Digər məqalələr Allaha bəndəçilik Zillətin astanasında İlahi sevgidən məhrum israfcıl