Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi 20 İyul 2023 14:49 Namaz məhbusu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib. Maide.Az xəbər verir ki, məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, ifadə verən şahidlər də Şeyx Sərdarın təqsirsiz və günahsız olduğunu bildirirlər. Bəzi şahidlərin ilkin istintaqda Şeyx Sərdarın xeyrinə verdikləri ifadələr dəyişdirilsə də, həmin şahidlər məhkəmə iclasında bu qanunsuzluğa öz etirazlarını bildiriblər. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir. Xatırladaq ki, növbəti məhkəmə iclası Avqust ayının 10-u, saat 10:30-da keçiriləcək. https://t.me/MaideTV Teqlər : #Şeyx,#Sərdar,#Hacıhəsənlinin,#növbəti,#məhkəməsi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib 'İndiyədək ittiham tərəfinin şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib'