Şeyx Sərdar Hacıhəsənlinin həbsdə saxlanma müddəti uzadıldı 14 Aprel 2022 09:40 Namaz məhbusu Maide.Az saytının baş redaktoru, ruhani Sərdar Babayev (Hacıhəsənli) haqqında həbs qətimkan tədbirinin müddəti daha 5 ay artırılıb. Bu barədə Maide.Az-a açıqlmasında Vəkil Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, Səbail rayon məhkəməsinin qərarıyla Şeyx Sərdar Hacıhəsənlinin istintaq dövründə həbsdə saxlanma müddəti sentyabrın 19-na qədər uzadılıb. “Aprelin 14-də Səbail Rayon Məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbs müddətinin uzadılmasına dair məhkəmə iclası keçirildi. Məhkəmə iclasında Şeyx Sərdar özü də iştirak edirdi. Sərdar Babayev ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilmədi. Elan olunan ittihamaları qəbul etmədi. Biz vəkil olaraq həbsin uzadılması üçün verilən təqdimata etiraz etdik. Lakin məhkəmə prokurorluğun istəyini təmin edərək Şeyx Sərdarın həbs müddətinin sentyabr ayının 19-dək artırdı”. Xatırladaq ki, Sərdar Babayev 2021-ci ilin oktyabrın 19-dan həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur. Ancaq ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir: “İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib”. @MaideTV Teqlər : #Şeyx,#Sərdar,#Hacıhəsənlinin,#həbsdə,#saxlanma,#müddəti,#uzadıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Ərafi: Biz Azərbaycan hakimiyyətindən Şeyx Sərdar Hacıhəsənlinin azad edilməsini istəyirik Şeyx Sərdarın apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib