Şiə və şiəliyə qarşı sifarişli və qərəzli ədavət davam edir 21 Sentyabr 2023 17:58 Namaz məhbusu Şiə və şiəliyə qarşı sifarişli və qərəzli ədavət davam etdirilməkdədir. İmam Hüseyn (əleyhis-salam)-ın qırxından sonra ölkədə əksər bölgələrdən dindarların saxta ittihamlarla şərlənərək həbs edilməsilə yanaşı, Şeyx Sərdara qarşı da ədavətli addımlar atılıb. Belə ki, Sentyabır ayının 12-də 2 ilə yaxındır ki, oğlunu görməyən Şeyx Sərdarın anası 79 yaşlı ağbirçək Dilbər ana oğlunu görmək üçün öncədən təyin edilmiş görüş günündə DTX-nin binasına gəlir. Lakin ana neçə saatlıq yolu gələrkən sevinc göz yaşları ilə gəldiyi kimi, kədər göz yaşları ilə də qayıdır. Ona oğlu ilə görüşməyə icazə verilmir. Səbəb kimi isə, əlil arabasının gediş-gəlişə mane olması göstərilir. Bu az deyilmiş kimi, Sentyabrın 15-də Şeyx Sərdarın yaxın dostu, Maide.az saytının redaktoru ruhani Qədir Məmmədovu saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə həbs edirlər. Qədir Məmmədov ailəlidir və 5 azyaşlı övladı var. Bu dün 21 Sentyabır Şeyx Sərdarın növbəti məhkəməsi keçirildi. Həmişəki kimi, Şeyx Sərdar ifadə vermədi, özünü təqsirli bilmədi, ittihamları qətiyyətlə rədd etdi, həbsini siyasi hesab edərək, iki dövlət arasında gərginləşən münasibətlərlə əlaqələndirdi. Məhkəmədə iştirak edən sonuncu şahid də Şeyx Sərdarın əleyhinə ifadə vermədi. Qeyd edək ki, növbəti məhkəmə iclası Sentyabr ayının 28-i saat 11:00-da keçiriləcək. @MaideTV Teqlər : #Şiə,#və,#şiəliyə,#qarşı,#sifarişli,#və,#qərəzli,#ədavət,#davam,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib Şeyx Sərdar Hacıhəsənli 17 il müddətinə azadlıqdan məhrum edilib -VIDEO