HAQQIMIZDA :

  • Maide.Az İslam maarifi və xəbər saytı Əhli-beyt (ə) və Quran maarifini insanlara əlverişli şəkildə və müasir üslubda çatdırmaq məqsədilə bir qrup elm adamı və din xadiminin elmi əməkdaşlığı ilə 2014-cü ildə təsis olunub. 
     
    http://maide.az/  ünvanı ilə fəaliyyət göstərən sayt aşağıdakı bölmələrdə öz fəaliyyətini davam etdirir. 
     
    Quran və Əhli-beyt (ə) insanın mənəvi yüksəlişi üçün lazım olan iki qanaddır. “Maide.az” saytının əsas fəaliyyətini bu iki mehvər təşkil edir. Sayt Quran və Əhli-beyt (ə) məktəbinin təlimlərini doğru, dəqiq və əhatəli şəkildə cəmiyyətə çatdırmaq üçün dini sahədə çalışan təcrübəli ekspertlərdən istifadə edir.
     
    Quranla bağlı saytda həm Quranın Azərbaycan dilinə tərcüməsi və ərəbcə oxunuşu (səslə), həm də Quran surələrinin təfsiri müxtəlif yazı və məqalələrdə yer alıb.
     
    Dua və munacat bölümündə – “Səhifeyi-Səccadiyyə duaları” və “Xəmsə-əşərə” münacatı, eləcə də, Əhli-beytdən (ə) nəql olunmuş digər dua və munacatlar yer alıb. 
     
    Qərb ölkələrinin bölgədə müsəlmanlar arasında ixtilaf yaratdığı, "İslam" adı ilə terror hadisələri törədənləri dəstəklədiyi, öz mətbuatı ilə haqq sevənləri, xüsusi ilə Əhli-beyt (ə) ardıcıllarına qarşı olunan zülmləri ört-basdır etməyə çalışdığı bir zamanda, Maide.Az saytı müsəlmanların ürək ağrısı olan Qarabağ, Fələstin, Yəmən, Bəhreyn, Suriya, İraq, Myanmar və digər bölgədəki haqsızlıqları operativ olaraq işıqlandırır və çalışır ki, informasiya müharibəsində öz öhdəliyini layiqincə yerinə yetirsin.
     
    Maide.Az  saytı gündəlik xəbərlərlə yanaşı, həm də 14 məsumun həyatı, fəzlilətləri və onların davranışları ilə bağlı yeni-yeni məlumatlar, Quranın öyrənilməsi üçün “təcvid” dərsləri, Nəhcül-bəlağə, şəri-dini suallara cavablar, əhkam və s. bölmələrdə dini maarif oxuculara çatdırılır. 
     
    Maide.Az saytı həm də müxtəlif islami mənbə və qaynaqlardan Azərbaycan dilinə tərcümə olunmuş ən zəngin “online kitabxana”ya sahibdir. Kitabxanada İslam dünyasının tanınmış elm adamları, ustadlar və müctəhidlərin müxtəlif sahələri əhatə edən 200-dən artıq kitabı yer alıb. 
     
    Saytın kitabxanasına ay ərzində müxtəlif vaxtlarda yeni-yeni kitablar əlavə olunur və bu kitablar izləyicilərin böyük marağına səbəb olur.