İ.Əliyev: “Şəhidlərimizin qanı yerdə qalmır”

“Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması təəssüf doğurur. Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.
 
Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən milli şənlikdə çıxış edərkən deyib.
 
Prezident bildirib ki, Azərbaycan ordusu vətənini ləyaqətlə qoruyur və Azərbaycan tarixi ədaləti, öz ərazi bütövlüyünü mütləq bərpa edəcək.
 
İlham Əliyev bir daha qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
 

Prezident qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır: “Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar bütün öz qədim torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzur mahalına qayıdacağıq. Bu torpaqlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.

 

İlham Əliyev qeyd edib ki, ordu quruculuğu əsas vəzifədir. O, Azərbaycan Ordusunun bu gün dünyada öz gücü, texniki təchizatı ilə fərqləndiyini də vurğulayıb.apa/

 

 

Google+ WhatsApp ok.ru