Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb

Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb

Qum Elmi Hövzəsində təhsil alan Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
 
Maide.Az xəbər verir ki, bəyanatda bildirilir:
 
Bismillahir-Rəhmanir-Rəhim 
 
Son günlər dünya gündəmini tutan müqəddəs Əqsa məscidi ətrafında yaranmış  hadisələr hər kəsə bəllidir. Bir tərəfdən Fələstin xalqının işğalçı rejim qarşısında şücaətli dirənişi, öz ata-baba yurdlarının azadlığı uğrunda atdığı addımlar ümidverici, sevindirici, təqdirəlayiq olsa da, digər bir tərəfdən sionist rejimin heyrətamiz vəhşilikləri, etnik təmizləmə əməliyyatı, yaratdığı insan faciəsi  hər bir vicdanlı insan üçün məyusedici, qəmləndiricidir. Hər gün onlarla, yüzlərlə günahsız insanın, körpə uşaqların ən ilkin ibtidai ehtiyaclardan məhrum edildiyi halda qəddarcasına bombalanması, hər bir vicdanlı insan üçün ürək ağrısıdır. Hətta xristianlar tərəfindən tikilən əl-Əhli Bapdist xəstəxanasının faciəvi şəkildə vurulması, sionistlərin heç bir sərhəd tanımadığını bir daha dünyaya göstərdi. Məhz bu səbəbdəndir ki, mənfur sionist rejimi əleyhinə dinindən, milliyətindən asılı olmayaraq azad ruhlu xalqların etiraz səsləri daha yüksək səslə ucalmaqdadır. 
 
Biz İran İR. Qum şəhərində təhsil alan Azərbaycan ruhaniləri, böyük rəhbərimizin, şiə mərcəiyyətinin səsinə səs verib, Fələstin xalqının öz torpaqlarının azadlığı yolunda apardığı mübarizəni haqlı hesab edir və onları dəstəkləməyi özümüzə insani və islami borc bilirik və bu həlledici dönəmdə azad ruhlu insanları, ziyalıları, cəmiyyətin nüfuzlu şəxslərini haqq və batil savaşında mövqe sərgiləməyə, səssiz qalmamağa çağırırıq. 
 
Tezliklə müsəlmanların ilk qibləsi Qüds başda olmaqla, işğal edilmiş bütün islam çoğrafiyasının müsəlmanlara qayıtmasını, müsəlmanların qanına susamış, onların arasında təfriqə salan qondarma sionist rejiminin məhvini və haqqın tam qələbəsini Uca Allahdan təmənna edirik. 
 
Zəmanə sahibinin tezliklə zühuru ümidilə... 
 
Müqəddəs Qum şəhəri - Elmi Hövzə
 
18.10.2023
 
@MaideTV

Google+ WhatsApp ok.ru